"Neftçi" çempion

Bu gün Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Live.az-ın məlumaına görə, 21-ci Azərbaycan milli çempionatının qalibi Qəbələdəki qarşılaşmada müəyyənləşib.

Ən yaxın izləyicisi olan “Qarabağ”dan 6 xal öndə olan “Neftçi” Qəbələ səfərində çempionluğunu rəsmiləşdirib. "Ağ-qaralar" hesabı açdıqdan sonra üstünlüyünü qoruya bilməsə də, bərabərlik çempionluq üçün yetərli olub.

“Qarabağ”ın əzmkar qələbəsi də ağdamlıların işinə yaramayıb. “Bakı” ilə oyundakı qələbə Qurban Qurbanovun yetirmələrinə gümüş medal qazandırıb. Buna səbəb 3-cü olan “İnter”in uduzmasıdır. Zaqatalada 0:1 hesabı ilə uduzan bakılılar yalnız 3-cü olub.
Şərhlər
İdman bölməsinin xəbərləri