Alsu Bakıda çəkdiyi klipin təqdimatını keçirdi

Tanınmış rusiyalı müğənni Alsu Rusiyanın ELLO youtube kanalında Bakıda çəkilmiş "Нет тебя дороже" klipini təqdim edib.

Klip ötən ilin noyabr ayında Bakıda rejissor Mariya İbrahimova tərəfindən çəkilib.

Klipin əsas qəhrəmanı tamaşaçılar qarşısına bir neçə obrazda çıxır. Ekran əsərində münasibətlərin müxtəlif dövrlərini yaşayan iki gəncin sevgi hekayəsi nümayiş olunur. Sonda özləri anlayırlar ki, bir-birlərindən ayrı yaşaya bilmirlər.

Klipin ideya müəllifi Alsu özüdür.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53