Son üç gün ərzində Kür çayında suyun səviyyəsi artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mayın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 370 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. Mayın 10-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir.



Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 11 sm, Şirvanda 12 sm, Salyanda 5 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım, lakin Bankədə 2 sm azalma qeydə alınıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri