Ağadadaş Ağayevdən video ilə bağlı açıqlama (VİDEO)

Ağadadaş Ağayevdən video ilə bağlı açıqlama (VİDEO) Xalq artisti, müğənni Ağadadaş Ağayev bu gün onun barəsində yayılan video-görüntülərə çox sərt reaksiya verib.

ANS-in məlumatına görə, ANS TV-nin "Adam İçində" verilişinə danışan müğənni video-görüntüləri yayanları təxminən tanıdığını bildirib:

"Bu adamlar mənim millətimin, xalqımın nümayəndələri ola bilməzlər. Bunları araşdırsalar, erməni kökənli çıxacaqlar. Hamısı qanun qarşısında cavab verəcək. Gözəl ölkəmin gözəl qanunlarına inanıram".

Xalq artisinin sözlərinə görə, bu hadisə onun üçün gözlənilməz olub: "Mənim üçün bu çox gözlənilməz oldu. Biz hüquqi bir dövlətdə yaşayırıq, qanunlarımız var. Mətbu orqanlar olsaydı, yenə də başa düşmək olardı. Onların haqqı var ki, kiminsə şəxsi həyatı barədə məlumat versin. Sənət adamları cəmiyyətə məxsusdur. Onların şəxsi həyatından məlumat yaya bilərlər. Konsertdən sonra yorğunluğumu çıxaran məqamda mənim sadəlövhlüyümdən, humanistliyimdən istifadə edilib. Onlara adam demək də düz deyil. Bunlar mənfi və pis niyyətli adamlardır. Əgər məni şantaj etmək məqsədi ilə buna əl atıblarsa, onda qanun qarşısında cavab verəcəklər. Allah böyükdür. Məhkəmələr və müstəntiqlər bunu araşdıracaqlar. Azərbaycan xalqı məni çox sevir. Həmin şəxsləri qanun qarşısına çıxmağa məcbur edəcəyəm. Təxminən həmin insanların kim olduğunu bilirəm. Mənim böyüklərimin qarşısında heç vaxt yaxam və ya bir düyməm belə açıq olmayıb. Ora mənim otağımdır, evimdir, mənzilimdir. Yorğun gəlib istirahətimi etmişəm, çörəyimi yemişəm. Deyiblər ki, olarmı sizin fanatlar sizinlə görüşsün. Ancaq belə niyyətli fanatlar ola bilməz. Fanatların kim olduğunu onlar dərk edəcəklər. Fanatlarıma izn versəm, o insanları yerlə yeksan edəcəklər. ANS telekanalına və rəhbərliyə minnətdarlıq edirəm".

Ağadadaş Ağayev hazırda ölkədə olmadığını və xəstə uşağını müalicə etdiyini də sözlərinə əlavə edib. O, fevralın axırında vətənə dönəcəyini bildirib. "Xəstə uşağıma görə, bir ildir ölkədə deyiləm. Bu düşmən kimliyi olan adamları başa salacağam. Əslində onların kimliyi də yoxdur. Kimliklərini qanunla onlara başa salacağam. Mən həmişə xalqımdan sevgi görmüşəm. İndi də görürəm. O insanlara güzəşt etmərəm. Qəlbimə toxunan insanlara ürəyi yumşaq olmuram".



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri