Azərbaycanda “NETTY-2014” milli internet mükafatının 10 illik yubileyi keçiriləcək

“NETTY-2014” Azərbaycan Milli İnternet Mükafatının 10-cu yubileyinin keçirilməsinə hazırlıq işləri başlanıb.

Təşkilat komitəsindən APA-ya verilən məlumata görə, müsabiqənin rəsmi startı mart ayına planlaşdırılıb.

NETTY mükafatı 2004-cü ildə təsis edilib, bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılıb, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır. NETTY ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran mükafat öz mövcudluğu illəri ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirin reputasiyasını əldə edib.

Müsabiqənin auditoriyası internet istifadəçiləri, tərəqqini izləyən və onun inkişafının qabaqcıl bəndi olan insanlardır. Hər kəs, heç olmasa, bir dəfə ümumdünya şəbəkəsinə daxil olubsa, müsabiqənin potensial ziyarətçisi və ya iştirakçısıdır. Tələbələr, dövlət qulluqçuları, iş adamları - bunların hamısı NETTY müsabiqəsinin əsasını təşkil edən mühitdir. Müasir dünyada məhz internet istifadəçiləri cəmiyyətin inkişaf təmayüllərini müəyyən edirlər və məhz onlar NETTY mükafatının əsas auditoriyasıdır.

Hər il mükafat dövlət saytı, korporativ sayt, təhsil və elm, mədəniyyət və incəsənət, cəmiyyət, informasiya və xəbərlər, servis-sayt, əyləncə, idman, elektron ticarət sahəsində ən yaxşı layihə, Azərbaycan və şəxsi saytı nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytları mükafatlandırır. Müsabiqə çərçivəsində həmçinin fəxri nominasiyalar üzrə mükafatların verilməsi həyata keçirilir: "Ən yaxşı mobil proqramlar”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi”. Hər il müsabiqədən kənar əlavə nominasiyalar təsis edilir.

Nominantların müəyyən edilməsi virtual jürinin (internet istifadəçiləri) və Ekspert Şurasının Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən xüsusi formalaşdırılmış mütəxəssislər və peşəkarlar qrupu) səsverməsi vasitəsilə həyata keçirilir. Mükafat qaliblərinin qəti seçimini NETTY Akademiyası həyata keçirir, onun da tərkibi Azərbaycanın ictimai, dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu şəxsiyyətlərdən ibarətdir.

NETTY-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır. Bu, özlüyündə ən parlaq, qeyri-adi və yaddaqalan ilin hadisələrdən biridir. Məhz orada “NETTY-2014” nominasiyalarının finalçıları rəsmi elan olunacaq. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi qaliblərə təntənəli surətdə verilir.

Mükafat dövlət qurumları və ən böyük Azərbaycan və beynəlxalq şirkətləri tərəfindən daim rəsmi dəstəklənir. Bu il də, əvvəllər olduğu kimi, müsabiqə Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm nazirlikləri və bir sıra kommersiya şirkətlərinin hərtərəfli dəstəyi ilə keçirilir.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51