Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi Live.az FİFA-ya istinadən bildirir ki, Azərbaycan milli komandası reytinq siyahısında 2 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 286 xalla 116-cı pillədə qərarlaşıb.

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. O, bir pillə geriləyərək 1133 xalla 7-ci yerdədir.

Rəqiblərimizdən Rusiya yığması yerini qoruyaraq 1064 xalla 10-cu yerdədir.

İsrail 8 pillə geriləyərək 485 xalla 74-cü, Şimali İrlandiya 5 pillə irəliləyərək 367 xalla 97-cidir.

Qonşumuz Türkiyə 4 pillə geriləyib, 616 xalla 45-ci yerdə qərarlaşıb.

1. İspaniya - 1610 xal
2. Almaniya - 1473
3. Argentina – 1309
4. İngiltərə - 1174
5. İtaliya - 1173
6. Kolumbiya - 1159
7. Portuqaliya - 1133
8. Hollandiya - 1106
9. Xorvatiya - 1080
10. Rusiya - 1064
Şərhlər
İdman bölməsinin xəbərləri