Bakıda sərnişin avtobusu minik avtobusu ilə toqquşub, ölənlər var

Bakının Səbail rayonunda "Toyota" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində 2 nəfər qəzada ölüb və "Toyota" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri