Obama: Rusiya Suriya münaqişəsinin həllində köməklik göstərməlidir

Obama: Rusiya Suriya münaqişəsinin həllində köməklik göstərməlidir ABŞ prezidenti Barak Obama bazar ertəsi bəyan edib ki, o, ümid edir ki, Rusiya Suriya münaqişəsinin həllində iştirak edəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Rusiya və qərb ölkələri arasında "davam edən şübhələrə" baxmayaraq, "Rusiyanın Suriya münaqişəsini həllində öz maraqları var", - Obama Vaşinqtonda Böyük Britaniyanın baş naziri Devid Kemeronla mətbuat konfransında bildirib.

Bundan əvvəl mayın 7-də Moskvada Rusiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi Con Kerri ilə danışıqlarda Suriya müxalifətinə və hakimiyyətinə sülh və kompromiss yolu ilə münaqişənin həllini tapmaq üçün Suriya üzrə beynəlxalq konfransın çağırılması haqqında razılığa gəlıblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri