Azərbaycanda yol çəkilişi zamanı insan sümükləri üzə çıxdı

Azərbaycanda yol çəkilişi zamanı insan sümükləri üzə çıxdı Salyan rayonu Quşçuluq yaşayış massivində torpaq qatından naməlum insan sümükləri tapılıb. ANS-in verdiyi məlumata görə, kənd sakini Rafael İmanov ərazidə mal-qara otararkən çəkilməkdə olan yeni Ələt-Astara magistralının yataq hissəsinin çəkilməsi üçün tökülmüş torpaq qatından naməlum insan sümükləri tapıb. Daha sonra ərazidə kiçik axtarışlar aparan Rafael İsmayılov insanın digər bədən üzvlərinin qol, qıç, onurğa və kəllə sümüklərini də aşkar edib.

“Bu sümükləri mən çoxdan görmüşdüm. Elə bilirdim heyvan sümükləridir”, - deyə Rafael İmanov bildirib.

Sakinlər deyir ki, torpaq əraziyə bir il əvvəl tökülüb. Lakin burada sümüklər yağışlardan sonra tədricən üzə çıxmağa başlayıb. İndi kəndliləri daha çox narahat edən yol tikintisi üçün torpağın qədim qəbiristanlıq ərazisindən gətirildiyi ehtimal olunur.

Məsələ ilə bağlı araşdırmalar zamanı öyrəndik ki, yol tikintisi üçün istifadə olunan topaq Salyan rayonun Babazanlı dağının ətəyindən daşınır. Bu ərazi artıq tarxiçilər tərəfindən qədim yaşayış məskəni kimi təsdiq olunub.

Qeyd edək ki, 2011-ci ildə torpaq daşınan zaman bu ərazidə bizim eradan əvəllə aid olan küp qəbirlər aşkar edilib. Hazırda ərazi arxeoloji tədqiqatların aparılması üçün nəzarətə götürülüb.

Azərbaycanda yol çəkilişi zamanı insan sümükləri üzə çıxdı

Azərbaycanda yol çəkilişi zamanı insan sümükləri üzə çıxdı
Azərbaycanda yol çəkilişi zamanı insan sümükləri üzə çıxdı
Şərhlər
Hadisə bölməsinin xəbərləri