Bakıda möhtəşəm ticarət mərkəzi tikiləcək [foto]

Bakıda möhtəşəm ticarət mərkəzi tikiləcək [foto] Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 5D ünvanında (Beynəlxalq avtovağzal kompleksinin yanı) müasir dizayn ilə “Terminal” ticarət mərkəzi inşa olunacaq.

Bakı Dövlət Layihə İnstitutunun Layihənin baş mühəndisi Əhliman Şükürlü bildirib ki, layihələndirilən ticarət mərkəzinin binası 4 mərtəbədən ibarətdir.

Binanın damında açıq havada kafe, zirzəmisində isə ümumi sahəsi 2 min 777 kvadratmetr olan yeraltı avtomobil dayanacağının tikilməsi nəzərdə tutulub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri