Si Tszinpin Çin prezidenti seçilib

Si Tszinpin rəsmi olaraq Çin prezidenti seçilib.


Çin parlamentinin üzvləri Si Tszinpinin bu posta namizədliyini yekdilliklə dəstəkləyiblər. Bundan başqa Si Tszinpin Çin Mərkəzi Hərbi Şurasının – ölkənin ali hərbi orqanının sədri seçilib.



Qeyd edək ki, Çin prezidenti 2012-ci ilin noyabrından Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibidir. O hər iki postda Xu Tszintaonu əvəzləyib.


Şərhlər
Dünya bölməsinin xəbərləri