Yardımlıda “UAZ” aşdı, sürücü öldü

Yardımlıda “UAZ” aşdı, sürücü öldü Yardımlı rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 12-də saat 16.00 radələrində Yardımlı rayonunun Abidinli kəndi ərazisində kənd sakini Eyvaz Rzayev idarə etdiyi "UAZ" markalı avtomaşını aşırıb.

Nəticədə Rzayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri