Bakıda avtomobil oğurlayan iki qız saxlanılıb

Bakıda avtomobil oğurlayan iki qız saxlanılıb Avtomaşın qaçırmış Bakı şəhər sakinləri tutulublar.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Bakının Buzovna qəsəbəsi ərazisindən qəsəbə sakini İlham İsmayılova məxsus "Toyota-Corolla" markalı avtomaşın qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakinləri - Nurlanə İsayeva və Günel Əliyeva tutulublar.

Faktla əlaqədar araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri