Dünya mətbuatı: Türkiyədə baş verən terror aktlarında ən azı 140 nəfər ölüb

Dünya mətbuatı: Türkiyədə baş verən terror aktlarında ən azı 140 nəfər ölüb Hatayın Reyhanlı qəsəbəsində baş verən terror aktlarında ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar səslənməkdədir. APA-nın məlumatına görə, Türkiyənin rəsmi dairələri terror aktlarında 46 nəfərin öldüyü, 56 nəfərin yaralandığı barədə məlumat yaysa da, dünya mətbuatı AKP hökumətinin ictimai reaksiyanı zəiflətmək məqsədilə terror qurbanlarının sayını 3-4 dəfə az göstərdiyini yazır. “The Telegrafh” qəzeti hökumətin açıqladığı rəqəmin qeyri-ciddi olduğu qənaətindədir: “Türk hökuməti zarafata bənzər açıqlamalar yayaraq diqqəti yayındırmağa çalışır. Terror aktı nəticəsində 140-dan çox insan ölüb, çoxlu sayda yaralı var”. Fransanın “Le Monde” qəzeti də terror aktında ölənlərin sayının qəsdən azaldıldığını bildirir: “Türklərin bir atalar sözü var, qarğanı bəslə, böyüyüb gözünü çıxarsın. Türkiyənin dəstəklədiyi Suriyanın ekstremist dini müxalif qruplaşmaları Türkiyəni qana buladı, 120-dan çox ölən var”. “The Sun” isə hökumətin təzyiqi ilə Türkiyə Radio Televiziya Ali Qurumunun (RTÜK) terror aktından dərhal sonra Hatayda baş verən partlayışlarla bağlı xəbərlərin yayımına qadağa qoyduğuna diqqət çəkir. Qəzet RTÜK-ün bu qərarını terror aktında ölənlərin sayının çox olması, bu faktın cəmiyyətdə hökumətə qarşı etirazları artıracağı ilə əlaqələndirir. “İnternational TV” isə öz mənbələrinə istinadən yaydığı məlumatda terror aktı nəticəsində ən azı 116 nəfərin öldüyünü yazır. BBC telekanalı isə terror aktına görə məsuliyyəti öz üzərinə “Əl-Qaida” ilə bağlılığı olan “Əl Nüsra Cəbhəsi” adlı ekstremist qruplaşmanın götürdüyünü bildirir.

Reyhanlıda baş verən terror aktlarında ölənlərin sayı ilə bağlı sosial mediada da fərqli məlumatlar yayılıb. Bölgədə yaşayan insanlar terror aktlarında ən azı 176 nəfərin öldüyünü yazırlar. Türkiyə rəsmiləri isə rəqəmlər arasında bu qədər fərqin olmasının səbəbini hələ də açıqlamayıblar.
Şərhlər
Dünya bölməsinin xəbərləri