Şəkidə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var

Şəkidə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var Şəkidə minik avtomobili dərəyə yuvarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki rayonu, Şəki-Oğuz yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "BMW X-5" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə sıxılmış vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri