Bakıda avtobus kanalizasiya xəndəyinə düşdü

Binəqədi yolunda marşrut avtobusu kanalizasiya xəndəyinə düşüb. Yaşayış sahəsinin qarşısındakı yolda baş verən qəza zamanı xəsarət alan olmasa da, sərnişinlər arasında təşviş yaranıb.

170 saylı marşrutun sürücüsü, Bəxtiyar Ağayev: “Binəqədi istiqaməti gəlirdim, yollar bərbad haldadır, tez-tez burda belə hadisələr baş verir”.

Marşrut avtobusu çox keçmədən iri yük avtomobilinin köməyi ilə xəndəkdən çıxarılıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri