Bakıda küçənin ortasında qadının burnunu sındırdılar

Bu gecə saat 23:00 radələrində Bakının Nəsimi rayonu ərazisində 38 yaşl qadını döyərək burnunu sındırıblar.


Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, 1975-ci il təvəllüdlü Pərvanə Quliyeva vəhşicəsinə döyülüb. Bu barədə şikayət daxil olan kimi polis əməkdaşları hadisə yerinə cəlb olunub. Qadının hansı şəraitdə döyülməsi araşdırılır.


Qeyd edək ki, hadisə şahidlərinin verdikləri məlumata görə, Pərvanə Quliyeva küçənin ortasında burnu sınmış halda sakinlər tapıb. Dərhal təcili yardıma və polisə müraciət ediblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri