Macarıstanın Döndöş şəhəri ilə Azərbaycanın Şuşa şəhəri qardaşlaşdı

Macarıstanın Döndöş şəhəri ilə Azərbaycanın Şuşa şəhəri qardaşlaşdı Macarıstanın Döndöş şəhəri ilə Azərbaycanın işğal altındakı Şuşa şəhəri ilə qardaşlaşması haqqında birgə bəyannamə imzalanıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, sənədi Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov imzalayıb.

Sənəddə qarşılıqlı şəkildə iqtisadi, mədəni, humanitar əlaqələr qurulması, turizm və təhsil sahəsində əməkdaşlıq, Macarıstanda Dağlıq Qarabağ münaqişəsi və Şuşa şəhəri haqqında məlumatların yayılması, informasiya mübadiləsi və birgə əməkdaşlığın digər yolları haqqındakı niyyətlər öz əksini tapıb. İmzalanma mərasimindən əvvəl Döndöş meriyası üzvlərinin, şəhər ictimaiyyətinin və Macarıstanın Azərbaycan icmasının iştirakı ilə görüş keçirilib.

Görüşdə erməni işğalçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən, Qafqazın incisi sayılan Şuşa şəhərinin Azərbaycanın son bir neçə yüz illik tarixi ilə bağlı abidlərinin vəhşicəsinə dağıdılmasından danışıblar.

Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Döndöş şəhərinin iş adamlarının biznes forumu da keçirilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri