Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə Gül bayramında iştirak edib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib.


Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.



Prezident İlham Əliyev və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəziblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri