ABŞ 11 ölkəni İrana qarşı neft sanksiyası siyahısından çıxarıb

ABŞ İran neftinin alınmasına qoyulmuş qadağaya yenidən baxıb. Nəticədə siyahıdan Yaponiya və 10 Avropa Birliyi ölkəsi çıxarılıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri məlumat verib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət nüvə proqramı ilə bağlı təhlükə aktual olduğu müddətdə İran rejiminə təzyiqi davam etdirməyə hazırdır. Bununla belə İran neftinin iri alıcıları neft sanksiyalarını dəstəkləməyə məcbur olan ölkələr siyahısından çıxarılıblar. Bu siyahıda Yaponiya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Fransa və Çexiya var.



C.Kerri qeyd edib ki, Avropa Birliyinə daxil olan ölkələr İran neftinə qoyulmuş embarqonu dəstəkləyiblər, Yaponiya isə aldığı neftin həcmini əhəmiyyətli dərəcədə azaldıb. İndii İrandan neft alınması bu ölkələrin ABŞ maliyyə sistemindən kənarlaşdırılmasına gətirməyəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri