Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümüdür.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoydular.
Şərhlər
Siyasət bölməsinin xəbərləri