Bidzina İvanişvili nazir təyin etmək üçün azərbaycanlı namizəd axtarır

Bidzina İvanişvili nazir təyin etmək üçün azərbaycanlı namizəd axtarır Gürcüstanın baş naziri Bidzina İvanişvili nazir təyin etmək üçün azərbaycanlı namizəd axtarır. Trend-in məlumatına görə, bunu Bidzina İvanişvili Tbilisidə azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən söz vermişdim ki, baş nazirin köməkçisi və ya məsləhətçisi azərbaycanlı olacaq. Amma biz bir qədər də irəli gedərək, azərbaycanlılardan nazir təyin etmək istəyirik" - deyə baş nazir bildirib.

İvanişvili deyib ki, namizəd axtarışları gedir.

"Biz bu istiqamətdə ciddi işləyirik, namizəd də var, lakin baxacağıq" - deyə İvanişvili əlavə edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri