Azərbaycanlı Fərid "Qolos" şousunda möhtəşəm oxudu

Azərbaycanlı Fərid "Qolos" şousunda möhtəşəm oxudu Rusiyanın "Pervıy" telekanalındakı "Qolos" mahnı müsabiqəsində koval "qarşıdurmalar" artıq başa çatıb.

Müsabiqənin "nokaut" mərhələsində komandalar üçlüklərə bölünmüşdülər və şounun qaydalarına görə həmin üçlüklərin qarşıdurmasından yalnız iki nəfər növbəti mərhələyə çıxa bilərdi.

"Qolos"un azərbaycanlı iştirakçısı Fərid Əsgərov səhnədə Alla Puqaçovanın ifası ilə məşhurlaşmış "Lyubov poxojaya na son" ("Röya təki məhəbbət") mahnısını oxuyub.

Fərid Əsgərov "nokaut"da Olqa Braqina və Andrey Svetkovla qarşılaşmışdı.
İştirakçıların üçü də münsiflər heyətinin üzvü, tanınmış müğənni Dima Bilanın komandasında idi.

"Nokaut"dan sonra Leonid Aqutin bildirib ki, Fərid Əsgərovun ifası Andrey Svetkovla müqayisədə daha maraqlı idi.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53