Xatirə İslamın oğlunun ilk görüntüləri

Xatirə İslamın oğlunun ilk görüntüləri Müğənni Xatirə İslam bu yaxınlarda verilişlərin birinə qonaq olub.


Veriliş zamanı təzə doğulmuş körpəsinin şəklini tamaşaçılarla paylaşan müğənni övladının adını Emil qoyduğunu da vurğuladı.


Qeyd edk ki, bir neçə gün öncə Xatirə İslam Emilin anadan olmasının 40 günlüyünü təmtəraqlı şəkildə qeyd edib. Müğənni özəl bayramının mediada işıqlandırılmasına qarşı çıxdığı üçün məclisin keçirildiyi yerin adını gizli saxlayıb.


2012-ci ilin iyunun 11-də Fəxrəddin adlı şəxslə həyatı quran müğənninin ötən ayın 19-da oğlu Emili dünyaya gəlib. Artıq 40 gün tamam olduğu üçün Xatirə bu xoş hadisəni ən yaxın qohumları ilə birlikdə keçirməyə qərar verib.


Xatirə İslamın oğlunun ilk görüntüləri
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri