Azərbaycan nümayəndə heyəti sərhədlərin demarkasiyasının müzakirəsi üçün Rusiyaya gedəcək

Azərbaycan nümayəndə heyəti sərhədlərin demarkasiyasının müzakirəsi üçün Rusiyaya gedəcək Azərbaycan nümayəndə heyəti Azərbaycan ilə Rusiya arasında sərhədlərin demarkasiyası üzrə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında imzalanmış sərhəd müqaviləsi artıq həm Azərbaycan Milli Məclisində, həm də Rusiya Dövlət Dumasında təsdiqlənib.
"Bu ayın 13-dən 18-ə qədər bizi demarkasiya məsələlərinə görə Rusiyaya dəvət ediblər. İlkin danışıqlar olacaq, bundan sonra da demarkasiya işləri başlayacaq", - Məmmədov deyib.

Gürcüstan ilə Azərbaycan arasında sərhədlərin demarkasiyasına gəlincə, Məmmədov qeyd edib ki, bu iş iki ölkə arasında komissiyalar səviyyəsində görülüb.
"Hazırda biz Gürcüstandan dəvət gözləyirik. Onlar nə vaxt bizi dəvət etsələr, gedib orada komissiyalar səviyyəsində danışıqları davam etdirəcəyik. Gürcüstan ilə 480 km sərhədimiz var, onun təxminən 300 kilometri razılaşdırılıb, qalan 180 km-i isə hələ razılaşdırılmayıb", - Məmmədov vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri