Emin dünya gözəli ilə birlikdə Rusiyanın ən reytinqli «Veçerniy Urqant» şousunda [Video]

Emin dünya gözəli ilə birlikdə Rusiyanın ən reytinqli «Veçerniy Urqant» şousunda [Video] Emin Ağalarov yenidən Rusiya mediyasının gündəmindədir.


Rusiyanın “Birinci kanal”ında yayımlanan tamaşaçılarının sevilən proqramlarından olan «Veçerniy Urqant» verilişinin ötən proqramının qonaqları azərbaycanlı müğənni-bəstəkar, iş adamı Emin Ağalarov və «Dünya gözəli 2012»-nin qalibi Oliviya Kalpo olub.


Veriliş əsnasında Emin Ağalarov müsabiqənin 60 illik tarixində ilk dəfə olaraq Moskvada keçirilməsini məhz özünün təklif etdiyini bildirib. Oliviyanın proqrama tacsız qatılmağı da marağa səbəb olub. Müqaviləyə əsasən dünya gözəli hər verilişə il boyu başında tac ilə qatılmalıdır. Qonaqlar aparıcı ilə maraqlı söhbətlər aparıblar və artıq final gecəsinə hazırlıqlarından bəhs ediblər.


Söhbət əsnasında bir yenilik də məlub olub ki, yarışmada jüri qismində əfsanəvi «Aerosmith» qrupunun solisti Stiven Tayler olacaq. Eləcə də Oliviya qeyd edib ki, dünya gözəli müsabiqəsinin prezidenti Donald Tramp da finalda iştirak edəcək. 87 gözəl qızın arasında seçim edənlərin sihahısında Rusiya səhnəsinin sevilən ifaçısı Filip Kirkorov yer alacaq. Bu barədə Emin məlumat verib.


Maraqlı söhbətdən sonra Emin və Oliviya birlikdə «Amor» mahnısını ifa ediblər. Qeyd edək ki, Oliviya həmin mahnıya çəkilmiş klipdə baş rol alıb.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri