Azəri qızı Günelin qardaşı Tunar həbs edildi [Video]

Azəri qızı Günelin qardaşı Tunar həbs edildi [Video]Azərbaycanın tanınmış müğənnisi həbs edilib.


Live.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Tunar Rəhmanoğlu yol polisinin mayın 4-də keçirdiyi reyd zamanı saxlanılıb. Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T. Rəhmanoğlu yol polisinə müqavimət göstərib.


Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T. Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar.


Məhkəmənin qərarı ilə T. Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri