Android əməliyyat sisteminin rəhbəri dəyişib

Endi Rubin Google-un mobil tətbiqlər üzrə baş vitse-prezidenti postundan gedir. Bu vəzifədə o, Android platformasının yaradılmasına rəhbərlik edib.Trend-in məlumatına görə, cümə axşamı bunu Google-un baş direktoru Larri Peyc şirkətin rəsmi bloqunda açıqlayıb.

Rubini bu vəzifədə Sindar Piçay əvəz edəcək. O, yeni vəzifəni hazırda tutduğu vəzifə ilə birgə icra edəcək. Piçay hazırda Chrome brauzeri və Google Apps proqramlarının yaradılması üzrə baş vitse-prezident vəzifəsində çalışır.

İlk Android əməliyyat sistemi 2008-ci ildə meydana çıxıb. Bu platformada çalışan ilk qurğu isə HTC Dream olub.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51