Argentinalı Xorxe Mario Berqolyo Roma Papası seçilib

Argentinalı Xorxe Mario Berqolyo yeni Roma Papası seçilib. Bu barədə Roma-katolik kilsəsinin kardinal-protodiakonu Jan Lui Toran latın dilində "Habemus papam", yəni "bizim Papamız var" deyərək bildirib.

Yeni Papa özünə Birinci Fransisk adı seçib.

Konklav yeni Roma Papasını seçib. Bu barədə Sikstin kapellasının borusundan çıxan ağ tüstü xəbər verir.

115 kardinal dördüncü səsvermədə artıq növbəti Roma Papasını seçiblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri