Azad Rəhimov: “Teymur Rəcəbovun birinci olacağına inanırıq”

Gənclər və idman naziri Azad Rəhimov bu gün Londona yollanır. Apasport.az saytının məlumatına görə, onun Böyük Britaniya paytaxtına yollanmasında məqsəd sabah şahmat üzrə start götürəcək iddiaçılar turnirinin açılış mərasimində iştirak etməkdir.


Nazir səfər öncəsi turnirdə iştirak edəcək Teymur Rəcəbovun şanslarını dəyərləndirib: “Bu yarış Dövlət Neft Şirkəti tərəfindən təşkil olunub, böyük bir turnirdir. Dünyanın 8 ən güclü şahmatçısı iştirak edəcək. Onların arasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da var. Biz belə düşünürük ki, şanslar çox yüksəkdir. Biz Rəcəbovun turniri birinci yerdə başa vura biləcəyinə inanırıq”.

Qeyd edək ki, martın 15-də start götürəcək iddiaçılar turniri aprelin 1-ə kimi davam edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri