Emin Ağalarov 50 gündə 27 şəhərdə konsert verəcək

Emin Ağalarov 50 gündə 27 şəhərdə konsert verəcək Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov geniş miqyaslı konsert proqramlarına hazırlaşır.


E. Ağalarov 50 gün ərzində 27 şəhərdə konsert verəcəyini deyib.

Mövsüm boyu Rusiyanın bir çox tanınmış simalarının bu səhnədə çıxış edəcəklərini qeyd edib: “Hələ cədvəli tərtib etməmişik. Ancaq əminəm ki, olduqca maraqlı konsertlər olacaq”.

Emin Çingiz Mustafayevin yaxın aylarda “Yurmala” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyini də bildirib: “Mən müsabiqə təşkilatçılarına məhz Çingizi tövsiyə etdim. Çingiz çox maraqlı ifaçıdır. İstedadı olmasaydı, mən onu tövsiyə etməzdim. Ancaq bu o anlama gəlməməlidir ki, Çingiz bu müsabiqədəki iştirakına görə mənə borcludur”.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Çingiz Mustafayev isə “Yurmala” müsabiqə zamanı üç mahnı ifa edəcəyini açıqlayıb: “Üç mahnıdan biri mənim öz bəstəm, digəri dünya hitidir. Sonda məşhur bir ifaçı ilə duetim olacaq. Emin olmasaydı, mən bu müsabiqəyə qatılmayacaqdım. Ona sonsuz minnətdarlığımı bildirirəm”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri