“Eurovision” müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib

“Eurovision” müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edilib Avropa Yayım Birliyi (EBU) “Eurovision” müsabiqəsi üçün yeni səsvermə qaydalarını açıqlayıb. Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, EBU mətbuat xidməti açıqlamasında yayıb ki, əsas qaydalar dəyişməz qalsa da, ümumi səslərin 50 faizini təşkil edən jüri səsverməsinə dair dəyişiklik edilib.

Yeni qaydaya əsasən jüri üzvlərinin adları müsabiqədən əvvəl – mayın 1-də elan olunacaq. Bundan başqa, EBU finaldan sonra yarımfinal və final mərhələlərində hər ölkə üzrə ayrı-ayrılıqda jüri heyətinin səsverməsinin nəticələrini açıqlayacaq.

Jürinin tərkibini rəngarəng etmək üçün bundan sonra milli jüri heyətlərinə musiqi sənayesinin peşəkarları daxil ola bilər, bir şərtlə ki, onlar bundan əvvəlki 2 müsabiqədə jüridə iştirak etməmiş olsunlar.

Müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, qaydaların sərtləşdirilməsi və səsvermədə şəffaflığın artırılması bütün iştirakçılara, tamaşaçılara, izləyicilərə EBU-nun ədalətli nəticəni təmin etmək üçün hər şeyi etdiyini göstərəcək: “Bu dəyişikliklər göstərir ki, “Eurovision” daim inkişaf edən və zamanın ruhuna uyğunlaşan ənənədir”.

Y. O. Sand qeyd edib ki, EBU müsabiqə zamanı səsvermənin nəticələrinə müdaxilə iddiaları ilə əlaqədar son aylarda araşdırma aparıb: “Araşdırmamız nəticəsində pozuntular barədə sübutlar tapılarsa, biz lazımi tədbirlər görəcəyik”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53