Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək

Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək Sentyabrın 22-də əməkdar artist Aybəniz Haşımova Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək.


Live.Az xəbər verir ki, konsert proqramı “12 MAY” şirkəti və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə keçiriləcək.


“Dostluq körpüsü” layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə sənətçi ilə səhnəni müğənnilər - Təhminə Niyazova (Tacikistan), Alişir Karimov (Qazaxıstan) və Emiliya Morales (Kuba) bölüşəcəklər. Əcnəbi müğənnilərlə yanaşı, səhnədə əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupunun da çıxışları nəzərdə tutulub.


Xeyriyyə məqsədi daşıyan konsert kimsəsiz və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub. Saat 17.00-da başlayacaq konserti İTV-nin teleaparıcısı Saleh Bağırov aparacaq.


Qeyd edək ki, əcnəbi müğənnilər paytaxtımıza sentyabrın 19-da təşrif buyuracaqlar. Konsert gününə qədər qonaqların Fəxri xiyaban, Şəhidlər xiyabanı ziyarət edəcəkləri, Heydər Əliyev Mərkəzi və digər mühüm məkanlarla tanışlığı nəzərdə tutulub.



Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53