Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub

Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, TN-nin Aparat rəhbəri İlham Pirməmmədov yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir.

Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır.

Qeyd edək ki, aprelin 19-da ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Çabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri