Dağlıq Şirvan iqtisadi rayonunda qazlaşdırma işləri sürətlənir

Dağlıq Şirvan iqtisadi rayonunda qazlaşdırma işləri sürətlənir Dağlıq Şirvan iqtisadi rayonunda qazlaşdırma işləri sürətlənir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü ilin əvvəlindən Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, eləcə də Göylər, Carhan, Çaylı və Dağ Bağırlı kəndlərinin qazlaşdırılması məqsədilə ümumilikdə 61,6 kilometr uzunluğunda, İsmayıllı rayonunun Tircan kəndinin qazlaşdırılması üçün isə 8,8 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

Ötən müddət ərzində Ağsu rayonunun Göydəlləkli kəndinin qaz təchizatı şəbəkəsi yenidən qurulub, rayonun Yenilik, Qaraqoyunlu, Ərəbuşağı, Elabad, Muradlı və İlxıçı, habelə Qobustan rayonunun Bədəlli kəndləri qazlaşdırılıb.

Bu işlərlə əlaqədar ümumilikdə 61,4 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri