Bakıda tarixi binanın sürüşdürülmə işləri başa çatıb [Video]

Bakıda tarixi binanın sürüşdürülmə işləri başa çatıb [Video] Niderlandın "Bresser Eurasia BV" şirkəti Füzili küçəsindəki (keçmiş Basin) monumental binanın yerinin dəyişdirilməsi üzrə işləri başa çatdırıb. Live.az-ın məlumatına görə, bu barədə şirkətin rəhbəri Leon Sveyxers Bakıda mətbuat konfransında deyib.

"Aprelin 23-də başlayan binanın relokasiyası üzrə işlər 4 gün ərzində aparılıb. Tərəfimizdən şirkətin tarixində miqyasına görə ən iri binanın yerinin dəyişdirilməsi həyata keçirilib ki, bu da rekord göstərici olub", - Sveyxers qeyd edib.

Binanın çəkisi 18 min tona çatır. Texnoloji proses binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə binanın yerinin dəyişməsini nəzərdə tuturdu. Binanın başqa yerə keçirilməsi bu qurğuların yerlərini dəyişməsi nəticəsində mümkün olub.

Şirkətin qurucusu Herman Bresserin sözlərinə görə, yaxın iki həftə ərzində bina yeni bünövrəsinə oturdulacaq. Bu bünövrə əvvəlkindən daha möhkəmdir.

Bresser hesab edir ki, relokasiyanın həyata keçirilməsi zamanı ən çətin və dəqiq hesablamalar tələb edən hazırlıq prosesidir. Hesablamalar zamanı binanın yerinin dəyişdirilməsi, eləcə də bundan sonrakı dövrdə onun 8 ballıq zəlzələyə davamlılığı nəzərə alınır.
Şərhlər