Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə axşam saat 21.00 radələrində “Dərnəgül” yolunda qeydə alınıb.

“Mercedes” markalı minik avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri hadisə yerindəcə dünyasını dəyişib, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəza nəticəsində ölən və yaralananların adları dəqiqləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri