Dünyaca məşhur “Gipsy Kings” Bakı səhnəsində çıxış edəcək

  


Rumba-flamenko stilində ifaları ilə məhşur olan, “Bamboleo”, ”Volare”, ”Baila Me”, "Djobi djoba",  ”Amor Mio” mahnıları ilə sevilən “Gipsy Kings“ pop qrupu ilk dəfə Bakıdya gəlir. 

LIVE.az xəbər verir ki, qrup paytaxtımızda uzun illərdir dünya səhnələrində oxuduğları ən məşhur hitlərini təqdim edəcək. Dünyada “qaraçı kralları” kimi tanınan meşhur “Gipsy Kings” qrupu tanınmış flamenko ifaçısı Xose Reyesin övladları Nikolas ve Andre Reyes qardaşları yaradıblar. 

Konsert 15 iyun saat 20:00  Bakı Konqres Mərkəzində baş tutacaq. Biletlərin qiyməti 40 -400 AZN arası dəyişir.Kon sertin təşkilatçısı - Tar Events.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri