Türkiyənin məşhur pop ulduzu Sıla Bakıda

  




LIVE.az xəbər verir ki, 29 may  Bakı Konqres Mərkəzində Türkiyənin sevilən ifaçısı Sıla Gençoğlu möhtəşəm konsert proqramı ilə çıxış edib. Konsertin təşkilatçısı-"Anadolu events".

 Türk ulduzu səhnədə peşəkar musiqiçi ansablı müşayiət edib.

Bakı Konqres Mərkəzində canlı musiqi proqramı ilə tamaşaçıların qarşısına çıxan sənətçi repertuarında yer alan sevilən  ifalarını səsləndirib.
Müğənni  onu dinləməyə gələnləri salamlayıb: “Sizlərlə bərabər olduğum üçün çox xoşbəxtəm. Müstəqillik günüvüzü təbrik edirəm! Bakını çox sevdim. Bundan əvvəl Bakıya 2018ci ildə ələ bu səhnədə konsert vermişəm. Bakıya tez-tez konsertlərlə gəlmək istərdim”.

Konserti "Velhasıl" adlı mahnısı ilə açan müğənni, daha sonra "Sevişmədən uyumayalım", "Ziyan” , “Afitap”, “Engerek”, “Yan benimle”,  “Yara bende”,  “Dan sonra”, “Kafa”, “Yabancı” və s. kimi hitlərini ifa edib.

Silanım konserti həm də maraqlı anlarla yadda qalıb. Belə ki, tədbir zamanı Sıla adını daşıyan azyaşlı səhnəyə çıxıb və müğənniyə öz oyuncağını hədiyyə edib. İfaçı qızcığazla adaş olmağını təəccüblə qarşılayıb və ilk dəfədir belə bir hadisə yaşadığını qeyd edib.

Konsert böyük anşlaqla keçib, Silanın bütün ifaları tamaşaçılar tərəfindən alqış və rəğbətlə qarşılanıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53