Məşhur türkiyəli müğənni Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib


27 may özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman Bakıda  Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

Live.az xəbər verir ki, tanınmış müğənninin canlı ifaları, səhnədəki perfomansı, işıq, səs effektləri və musiqiçilərin peşəkar müşayiəti konsertə gələnlərə əsl musiqi bayramı yaşatdı. Tamaşaçılar demək olar ki, bütün mahnıları sevilən müğənni ilə birgə ifa etdilər.

Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini dedi:
"Bakını çox sevirəm. Burada hər konsertim mənə ayrıca bir zövq verir. Bakıda özümü evimdəki kimi hiss edirəm".

İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasına -"Yalançı şahidim", "Senden sonra",  "Bana sen lazımsın", "Ömrümün sahibi", “Beni aff edermisin”, "Seni seviyorum" kimi mahnılarını səsləndirib. Sevilən müğənni Azərbaycan klassik estradasının şedevr əsərlərindən olan və ilk dəfə Rəşid Behbudovun oxuduğu “ Sənə də qalmaz ” mahnısını ifa etdi.

Rafet El Romanın bütün ifaları gurultulu alqışlarla qarşılanıb.

Konsertin sonunda Azərbaycan tamaşaçıları ilə sağollaşan müğənni gələn ilin yanvar ayında Bakıda yenidən konsert verəcəyini söyləyib.
 
Qeyd edək ki, konsertin təşkilatçısı EMKI Production olub.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53