Bakıda milli domen adının istifadəyə verilməsinin 20 illiyinə həsr olnmuş beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda «*.az» ölkə kodlu yüksək səviyyəli domen adının istifadəyə verilməsinin 20 illik yubileyi münasibəti ilə beynəlxalq konfrans keçirilir. APA-nın xəbər verdiyi kimi, tədbirdə ICANN-ın (Internet Corporation for Assigned Names and Numbers), Rusiya və Ukrayna milli domen inzibatçılarının rəhbərləri və nümayəndələri, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Elektron Təhlükəsizlik Mərkəzi, həmçinin yerli və əcnəbi İKT ekspertləri iştirak edirlər.

Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov «APA-Economocs»ə açıqlamasında bildirib ki, konfrans zamanı «*.az» ölkə kodlu yüksək səviyyəli domen adının istifadəyə verilməsindən ötən 20 il ərzində həyata keçirilən tədbirlər, hazırkı vəziyyət və bu sahənin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, bu müddət ərizndə «*.az» domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39%-i (7 760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son 10 il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur.

Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. Ötən dövr ərzində Azərbaycanın «*.az» milli domeninin inzibatçısı «Intrans» şirkəti 5 yerli və 7 xarici qeydiyyatçı şirkətlə əməkdaşlıq əlaqələri qurub.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51