Bakıda ağır yol qəzası baş verib, ölənlər var

Bakının Sabunçu rayonunda "VAZ" markalı minik avtomobili və "Reno" markalı minik avtomobili toqquşub.

Trendin FHN-in saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, 3 nəfər qəzada ölüb və "Reno" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri