Madridin “Atletiko” klubu Azərbaycana gəlib

Madridin “Atletiko” klubu Azərbaycana gəlib Madridin “Atletiko” klubu Azərbaycana gəlib.


Live.Az-ın məlumatına görə, “Bakı”nın dəvəti ilə 3 gün ölkəmizdə olacaq ispaniyalılar bu gün mətbuat konfransı keçirəcəklər.


Media nümayəndələri önünə komandanın argentinalı baş məşqçisi Dieqo Simeone, futbolçulardan Arda Turan və Radamel Falkao çıxacaq.


Qeyd edək ki, “Atletiko” sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”nın Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcək.


Futbol bayramı saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilyant Dadaşova azarkeşlərin önünə çıxacaqlar.





Madridin “Atletiko” klubu Azərbaycana gəlib

Madridin “Atletiko” klubu Azərbaycana gəlib

Madridin “Atletiko” klubu Azərbaycana gəlib
Şərhlər
İdman bölməsinin xəbərləri