Yalın Bakıda ilk dəfə unudulmaz konsert proqramı ilə çıxış edib




Yalın Bakıda ilk dəfə unudulmaz konsert proqramı ilə çıxış edib.

3 dekabr məşhur türkiyəli müğənni Yalın ilk dəfə Bakıda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.Yalın soyadı ilə tanınan Hüseyn Yalın türk pop müğənnisi və bəstəkarıdır. 2004-cü ildə "Zəlim" mahnısı ilə uğur qazanıb.

Konsertdə sənətçi sevənlərinə unudulmaz gecə yaşadıb. Müğənnini səhnədə canlı orekstr müşayiət edib.Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar yaşadıb. Yalın konsertdə pərəstişkarına sevilən kompozisiyalarını səsləndirib. Onların arasında: “Her şey sensin”, "Sensiz ben ne olayım", “Küçücüğüm”, “Yeniden”, “Tatlıyla balla”, “Benimki”, “Sesinde aşk var”, “Yaz gülü”, “Keyfi yolunda aşkı sonunda”, " Zalim" və s.

Konsert zamanı Yalının fanatları bütün mahnıları sənətçi ilə birgə ifa ediblər. Musiqili gecədə Yalın pərəstişkarları ilə söhbət də edib. 18 ildir, müğənnilik fəaliyyəti ilə məşğul olan ifaçı bu anı səbirsizliklə gözlədiyini etiraf edib:

“İllərdir, bu anı gözləyirəm. Bu gün konsertdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Qeyd etdiyim kimi, uzun zamandır ki, bu anı gözləyirdim. İllər sonra ilk dəfə Bakıda konsertə gəlirəm. İstəyirdim, burada qarşınızda musiqili proqramla çıxış edim. Amma bəzi səbəblərdən alınmırdı.

Musiqi karyerama başladığım ildən ilk dəfədir ki, Bakıya konsertə gəlirəm. 2004-cü il idi. İndi isə 2022-ci ildir. Aradan 18 il keçib. Əgər 18 il əvvəl Bakıya gəlsəydim, daha gənc və aktiv görünərdim. Həqiqətən də, çox illər keçib. Bakıya gələn kimi məni ilk hava limanında qarşıladılar. Çox səmimi və mehriban qarşılanma idi. Buna görə də hər kəsə təşəkkür edirəm".

Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutub. Şirkətin rəhbəri Eyyub Hüseynzadə konsertdən sonra Yalına ifaçının portretini əks etdirən xalça hədiyyə edib.



 
 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri