Alişan Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib


2 dekabr məşhur türkiyəli müğənni Alişan Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Alişan kimi tanınan Serkan Burak Tektaş paytaxtmızda çox sevilir ve 2005ci ildən Bakıda dəfələrlə konsert verib.

Bu dəfə sevilən ifaçı Muzikol Baku sahnəsində, məkanın möhtəşəm açılışında çixış edib.

Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni pərəstişkarlarına musiqi dolu saatlar yaşadıb. Alişan səhnədə sevilən əsərlərini səsləndirib. Onların arasında: " Var ya", " Bitanem", " Ölümsüz aşklar" , " Yalan oldu", " Seni biraz fazla sevdim", "Dön hadi" ve s.

 Ən hit mahnılarını oxuyan Alişan ara-sıra azərbaycan mahnıları da ifa etdi. İfaçının ifa etdiyi "Qarabağın maralı", " Qaynana", " Beyaz gecələr" alqışlarla qarşılandı.

Sözsüz ki, gecənin əsas bəzəyi türk səhnəsinin ulduzu Alişan idi. Amma bununla yanaşı qonaqları çox maraqlı hava gimnast şousu, oriental rəqslər, Leyli və Məcnun şousu, Barış Kömürcüoğlunun ifaları gözləyirdi.

Gecə çox unudulmaz keçdi və qonaqların zövgünə oxşadı.

 



 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53