“Gangsta’s Paradise”ın ifaçısı Kulio vəfat edib


Məşhur amerikalı musiqiçi, 90-cı illərin əfsanəvi reperi Kulio (əsl adı: kiçik Artis Leon Ayvi) 59 yaşında ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

Live.az TMZ nəşrinə istinadən xəbər verir ki, ifaçının ölümünə səbəb ürəktutmasının olduğu güman edilir.

Qeyd edək ki, Kulio “Gangsta’s Paradise” (1995) albomundakı eyniadlı treki ilə dünyada məşhurluq qazanıb. Həmin kompozisiya 1990-cı illərin qanqster repinin klassikası hesab edilir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri