Bakıda Art Awards Mükafatlandırma mərasimi baş tutdu



Number one production təşkilatçılığı ilə 12 sentyabr Rublyovka Baku restoranında möhtəşəm mükafat mərasimi baş tutdu.
Təşkilatçı - istedadlı müğənni və aparıcı Revan Zeynalov.

Tədbirin əvvəlində Azərbaycan Respublikanin  himni səsləndi, şəhidlər bir dəqiqəlik sükutla yad edildi.  Art Awards  mükafatlandırma mərasimin özəl qonaqları Respublikanin Xalq artistleri Nazpəri Dosteliyeva, Eldar Mansurov, Firəngiz Mütəllimova, Möhlət Müslümov, Fəxriyyə Xələfova, Nahidə Orucova, Firuze İbadovani  və digər  dəyərli sənətkarlar oldu.  Millət vəkilləri Jalə Əhmədova və Vüqar İskəndərov, şəhid Dövlət Cəbrayilzadənin anasi Məleykə Cəbrayilzadə, qazilər və müharibə iştirakçilari da  tədbirin fəxri qonaqları oldu.

Populyar müğənniler-Sevinc Sariyeva, Sədəf Budaqova, Səbinə Ərəbli, Raziyə Şükürova, və s. tədbirdə iştirak etdilər.

Mükafat alanlarin sırasında tanınmış jurnalistlər, aparıcılar, fotograflar, redaktorlarda yer aldı. Onların arasında- Lalə Qəzənfər, E Media Group rəhbəri Elşən Əliyev, Elyar Sadıqov, MTV rəhbərliyindən Siyavuş Hüseynov, ARB ,,Maqazin Plus" layihə rəhbəri Səbinə Rəcəbli, fotograf Nəriman İsmayılov  və s.  12 Sentyabrda baş tutan Art Awards sayca dördüncü oldu. Növbəti Art Awards mərasimi 13 dekabr baş tutacaq.













 

Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri