Tarkanın İzmir konsertinə 2 milyona yaxın insan qatıldı



Türkiyənin meqastarı Tarkanın İzmir konserti baş tutub.

LİVE.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü bu şəhər başda olmaqla Türkiyədə coşğu ilə qeyd olunub. Məşhur sənətçi 9 sentyabr - İzmirin Qurtuluşu Günü çərçivəsində Gündoğdu Meydanında konsert verib.

Tarkanın İzmir konsertinə neçə nəfərin qatıldığı ilə bağlı hələlik açıqlama verilməyib. Ancaq konsertin keçirildiyi Gündoğdu Meydanının 1,5 milyon ilə 2 milyon arasında tamaşaçı tutumuna malik olduğu məlumdur.

Minlərlə insanın toplaşdığı Gündoğdu Meydanında valehedici görüntülər ortaya çıxıb.

Tədbirdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, bir gün əvvəl keçirilməsi nəzərdə tutulan konsert səhnənin uçması səbəbindən təxirə düşmüşdü.






 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri