Zamiq Hüseynov açıq havada konsert verib




Heydər Əliyev Mərkəzinin 10 yaşı münasibətilə aylardır davam edən silsilə konsert proqramına bu dəfə Zamiq Hüseynov qoşuldu.


LIVE.az xəbər verir ki, "10 il sizinlə" şüarı altında reallaşan musiqi marafonunda pop ulduz pərəstişkarlarının görüşünə gəldi. Canlı ifaları ilə qonaqları coşduran sənətçi, 1 saat ərzində ard-arda hit mahnılarını səsləndirdi. "Özü bilər" dueti ilə konsertinə giriş edən Hüseynov, gecəni "Azərbaycan" nəğməsi ilə yekunlaşdırdı. Olduqca məmnun qalan və hər ifasını fanatları ilə bir ağızdan oxuyan xarizmatik ifaçı açıq hava və sərbəst konsertlərin davamlı olmasını dilədi.


Qeyd edək ki, Zamiq Hüseynovun 10 noyabr tarixində Gəncə şəhərində də solo konserti gözlənilir.







 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53