Nyu-Yorkda “Erməni yalanlarına son” devizi altında mitinq keçirilib [Foto]

Nyu-Yorkda “Erməni yalanlarına son” devizi altında mitinq keçirilib [Foto] Aprelin 27-də ABŞ-ın Nyu-York şəhərində “Erməni yalanlarına son və şəhid diplomatları anma” devizi altında mitinq keçirilib. APA-nın məlumatına görə, məqsəd ermənilərin 1915-ci il hadisələrinin soyqırım olmasına dair iddialarının əsassız və yalan olmasını ABŞ ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Gənc Türklər Dərnəyinin təşkilatçılığı ilə “Times” meydanında keçirilmiş aksiyaya Nyu-York Azərbaycan Dərnəyi, Amerika-Azərbaycan dərnəyi, Türk-Azərbaycan Qardaşlıq Qrupu da dəstək verib. Eyni zamanda artıq Nyu-Yorkda 9-cu dəfədir keçirilmiş mitinqdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.

Nyu-York polisi ilə razılaşdırılmış aksiyada yüzlərlə iştirakçı əllərində Azərbaycan, Türkiyə bayraqları, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. bağlı ingilis dillərində yazılmış plakatlar qaldırıblar. Həmçinin mitinqdə ermənilərin tarix boyunca türklərə, azərbaycanlılara və ümumilikdə müsəlmanlara qarşı törətdikləri soyqırım, xüsusilə ötən əsrin 90-cı illərində baş vermiş Xocalı soyqırımı ilə bağlı həqiqətlər müxtəlif çıxışlar vasitəsilə diqqətə çatdırılıb. Bundan əlavə, ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

Şərhlər
Dünya bölməsinin xəbərləri